Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Füzuli rayonunda istehlakçılar üçün “Açıq qapı” günü keçirilib

Maarifləndirici tədbirdə istehlakçıların əsas hüquqları, müvafiq qanunvericiliyin tələbləri və istehlakçı hüquqlarının müdafiəsi mexanizmləri barədə məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi istehlakçı maraqlarının qorunması sahəsində məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə maarifləndirici tədbirlərini davam etdirir. Bu çərçivədə Agentliyin 7 saylı regional bölməsinin təşkilatçılığı və Füzuli Rayon İcra Hakimiyyətinin dəstəyi ilə istehlakçılar üçün “Açıq qapı günü” təşkil olunub.

30-dan çox iştirakçının qatıldığı tədbirdə mal, iş və xidmətin lazımi keyfiyyətdə olması, zərərin ödənilməsi, malın dəyişdirilməsi, sərbəst seçim, məlumat almaq və digər istehlakçı hüquqları barədə ətraflı məlumat verilib, müvafiq sahədə qanunvericiliyin əsas tələbləri izah edilib.

Bundan əlavə, istehlakçı hüquqlarının qorunmasında aidiyyəti dövlət orqanları və məhkəmələrin səlahiyyətləri və rolundan bəhs edilib. Həmçinin tədbir iştirakçılarının pozulmuş istehlakçı hüquqlarının bərpası ilə bağlı sualları cavablandırılıb, Agentliyə müraciət qaydaları və onlara baxılma müddətləri barədə məlumat verilib.