Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Cəlilabad şəhərində istehlakçılar üçün “Açıq qapı” günü keçirilib

“Açıq qapı” günündə istehlakçıların əsas hüquqları, onların müdafiəsi mexanizmləri və bu sahədə qanunvericiliyin tələbləri izah edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən istehlakçılar arasında hüquqi məlumatlılığın yüksəldilməsi məqsədilə maarifləndirmə tədbirləri davam etdirilir.

Bu çərçivədə Agentliyin Cəlilabad şəhərində yerləşən 6 saylı regional bölməsinin (əhatə etdiyi rayonlar: Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara) təşkilatçılığı və Cəlilabad Rayon İcra Hakimiyyətinin dəstəyi ilə istehlakçılar üçün “Açıq qapı” günü keçirilib.  

40-a yaxın istehlakçının iştirak etdiyi görüşdə öncə Agentliyin fəaliyyət istiqamətlərindən bəhs edən videoçarx nümayiş etdirilib. Daha sonra iştirakçılara istehlakçıların məlumat almaq, malın dəyişdirilməsi və qaytarılması, müraciət etmək, zərərin ödənilməsi, sərbəst seçim və digər hüquqları barədə geniş məlumat təqdim olunub.

Sonda istehlakçı hüquqlarının pozulması halları ilə bağlı vətəndaş müraciətləri dinlənilib, onlara müvafiq sahədə qanunvericiliyin tələbləri, istehlakçı hüquqlarının müdafiəsində mərkəzi icra hakimiyyəti orqanları və məhkəmələrin rolu izah edilib.