Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
AZSTAND-ın təşkilatçılığı ilə Beynəlxalq Elektrotexniki Komissiya (IEC) tərəfindən seminar keçirilib

Tədbir iştirakçılarına IEC-nin beynəlxalq standartlaşdırma sistemində rolu, geniş tətbiq olunan IEC standartları, eləcə də IEC-yə üzvlük mexanizmləri barədə geniş məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) təşkilatçılığı ilə Beynəlxalq Elektrotexniki Komissiya (International Electrotechnical Commission - IEC) tərəfindən maraqlı tərəflər üçün IEC maarifləndirmə seminarı təşkil edilib. Seminar IEC Akademiyası və Potensialın gücləndirilməsi üzrə rəhbər Ian Gardner tərəfindən keçirilib.

Dövlət qurumları və özəl sektordan 150-ə yaxın nümayəndənin iştirak etdiyi seminarın keçirilməsində başlıca məqsəd iştirakçıların IEC-nin fəaliyyəti, beynəlxalq standartlaşdırma prosesləri, müvafiq prosedurlar, eləcə də elektrotexnika, enerji və informasiya-kommunikasiya texnologiyaları sahələrində mövcud tendensiyalar və inkişaf istiqamətləri barədə məlumatlandırılması olub.

Seminar çərçivəsində IEC-nin beynəlxalq standartlaşdırma sistemində rolu, Standartlaşdırma İdarəetmə Şurasının (SMB) fəaliyyəti, uyğunluğun qiymətləndirilməsi sistemləri, texniki komitələrin fəaliyyəti və standartların hazırlanması prosesləri ilə bağlı təqdimatlar edilib. Həmçinin iştirakçılara müxtəlif sahələr üzrə geniş tətbiq olunan və ən çox qəbul edilən IEC standartları, eləcə də onların tətbiq imkanları barədə məlumat verilib.

Bununla yanaşı, IEC-yə üzvlük mexanizmləri, beynəlxalq standartlaşdırma fəaliyyətində iştirak imkanları, texniki komitələrdə təmsil olunma yolları və milli ekspertlərin bu proseslərdə roluna dair məsələlər iştirakçıların diqqətinə çatdırılıb.

İnteraktiv formatda keçirilən seminarda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb, həmçinin beynəlxalq standartların sənaye, elektroenergetika, bərpa olunan enerji, informasiya-kommunikasiya texnologiyaları və digər strateji sahələrdə tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Azərbaycan 2026-cı il yanvarın 1-dən etibarən Beynəlxalq Elektrotexniki Komissiyanın (IEC) assosiativ üzvüdür. Ölkəmiz təşkilatda Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu vasitəsilə təmsil olunur.