Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Təbii inhisar subyektlərinin nümayəndələri üçün təlim keçirilib

Təlimdə təbii inhisar subyektlərinin fəaliyyətinə dair Rəqabət Məcəlləsində nəzərdə tutulmuş tələblər diqqətə çatdırılıb, təbii inhisar subyektlərinin razılıq tələb edən hərəkətləri üzərində dövlət nəzarətinin həyata keçirilməsi mexanizmləri izah edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində neft və qaz, elektrik enerjisi, su təchizatı, istilik təchizatı, nəqliyyat (dəmir yolu, hava nəqliyyatı, metropoliten), telekommunikasiya və digər sahələrdə fəaliyyət göstərən təbii inhisar subyektlərinin nümayəndələri üçün növbəti maarifləndirici tədbir keçirilib.

40-a yaxın təbii inhisar subyekti nümayəndəsinin iştirak etdiyi təlimdə Agentliyin Təbii inhisarlara dövlət nəzarəti şöbəsinin sektor müdiri Rövşən Camalov “Təbii inhisar subyektlərinə razılıq hərəkətləri üzərində nəzarətin həyata keçirilməsi qaydaları” mövzusunda təqdimatla çıxış edib.

Təqdimat zamanı təbii inhisar subyektlərinin razılıq tələb edən hərəkətləri üzərində dövlət nəzarətinin həyata keçirilməsi mexanizmləri, rəqabət orqanından razılıq alınmasını tələb edən hərəkətlər, bu istiqamətdə müraciətlərə baxılması qaydası barədə ətraflı məlumat verilib.

Təlimdə həmçinin Agentliyin praktiki fəaliyyətindən nümunələr təqdim edilməklə rəqabət qanunvericiliyinin təbii inhisar subyektlərinə münasibətdə tətbiqi məsələləri izah olunub, iştirakçıların sualları cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb.