ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Dövlət Xidmətində sahibkarlar üçün reklam qanunvericiliyi ilə bağlı seminar keçirilib

Təlimdə reklam yerləşdirən sahibkarların hüquq və öhdəlikləri barədə ətraflı məlumat verilib, onların təklifləri dinlənilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (AİBNDX)  və Azərbaycan Qida Təhlükəsizliyinin Agentliyinin (AQTA) birgə təşkilatçılığı, Audiovizual Şuranın nümayəndələrinin iştirakı ilə qida məhsulları, alkoqolsuz içkilər sahəsində, o cümlədən bioloji aktiv qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarların, müəssisə və təşkilatların maarifləndirilməsi məqsədilə seminar keçirilib.

Dövlət Xidmətinin nümayəndələri tərəfindən iştirakçıların diqqətinə aidiyyəti sahələr üzrə haqsız rəqabət və reklam qanunvericiliyinin tələbləri çatdırılıb, sahibkarların hüquq və öhdəlikləri barədə ətraflı məlumat verilib.

Tədbir zamanı seminar iştirakçılarının xüsusi ilə bioloji aktiv qida məhsullarının qeydiyyatına, onların içlik vərəqlərinə və sosial şəbəkələrdə reklamlara dair sual və təklifləri dinlənilib, onlara müvafiq izahat verilib.