twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Dövlət Xidməti ilə DİA arasında Anlaşma Memorandumu imzalanıb

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Dövlət İdarəçilik Akademiyası tələbələrin təcrübə proqramlarına cəlb edilməsi, istehsalat və elmi-tədqiqat təcrübələrində, o cümlədən seminar və təlimlərdə iştirakının təmin edilməsi istiqamətində əməkdaşlıq edəcəklər.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) arasında Anlaşma  Memorandumu imzalanıb. Sənədi Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ilə Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov imzalayıblar.

Sənədə əsasən, tərəflər tələbələrin təcrübə proqramlarına cəlb edilməsi, istehsalat və elmi-tədqiqat təcrübələrində, o cümlədən seminar və təlimlərdə iştirakının təmin edilməsi istiqamətində əməkdaşlıq edəcək. Sənəddə həmçinin birgə innovasiyayönümlü layihələrin araşdırılması, onların iqtisadi səmərəliliyinin qiymətləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması üçün qarşılıqlı maraq doğuran sahələr üzrə araşdırma və təhlillərin Akademiyanın nəzdindəki elmi-tədqiqat institutları ilə əməkdaşlıq əsasında həyata keçirilməsi və digər məsələlər yer alıb.

Anlaşma Memorandumu çərçivəsində təhsilalanları Dövlət Xidmətinin fəaliyyəti barədə məlumatlandırmaq məqsədilə Akademiyada “Karyera günləri”nin keçirilməsi nəzərdə tutulur.

Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli bildirib ki, ölkədə gənclər siyasəti istiqamətində bir sıra proqramlar və layihələr həyata keçirilir. Dövlət Xidmətində aparılan gəncləşdirmə siyasətinə toxunan Xidmət rəisi savadlı və potensiallı gənc kadrların işlə təmin olunması və rəhbər vəzifələrdə çalışmaları üçün şəraitin yaradıldığını qeyd edib. Vurğulanıb ki, gənclərin dövlət qurumlarında fəaliyyəti dövlət idarəetməsində innovativ düşüncələrin, müasir yanaşmaların tətbiqinə şərait yaradıb.

DİA-nın rektoru Urxan Ələkbərov iki qurum arasında əməkdaşlığı yüksək qiymətləndirib, ali məktəb tələbələrinin Dövlət Xidmətində təcrübə keçməsi və birgə layihələrə cəlb olunmasının onların müvafiq sahələrdə bilik və bacarıqlarının inkişafına töhfə verəcəyini qeyd edib.