Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Ölkədə əməyin təhlükəsizliyi sahəsində yeni dövət standartları qəbul edilib

Yeni dövlət standartlarının tətbiqi müəssisələrdə təhlükəli iş şəraitində çalışan işçilərin sağlamlığının və təhlükəsizliyinin etibarlı şəkildə qorunmasına, istehsalat xəsarətləri və peşə risklərinin azaldılmasına xidmət edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən əməyin təhlükəsizliyi sahəsinə dair 22 yeni dövlət standartı qəbul edilib:

  • AZS EN 208:2026 “Gözün fərdi mühafizəsi - Lazerlər və lazer sistemləri üzrə tənzimləmə işləri üçün gözü mühafizə vasitələri (lazer tənzimlənməsi üçün gözü mühafizə vasitələri)”;
  • AZS EN 354:2026 “Yıxılmaya qarşı fərdi mühafizə vasitələri - Təhlükəsizlik ipləri (Stroplar)”;
  • AZS EN 352-3:2026 “Eşitmə orqanının fərdi mühafizə vasitələri — Ümumi tələblər — Hissə 3: Baş və/və ya üz üçün fərdi mühafizə vasitələrinə quraşdırılan səs-küy əleyhinə qulaqlıqlar”;
  • AZS EN 361:2026 “Hündürlükdən yıxılmaya qarşı fərdi mühafizə vasitələri – Tam bədən üçün təhlükəsizlik kəmərləri”;
  • AZS EN 362:2026 “Hündürlükdən yıxılmaya qarşı fərdi mühafizə vasitələri — Birləşdiricilər”;
  • AZS EN 812:2026 “Sənaye tipli zərbə əleyhinə kepkalar”;
  • AZS EN 813:2026 “Hündürlükdən yıxılmaya qarşı fərdi mühafizə vasitələri — Oturaq vəziyyət üçün sığortalayıcı kəmərlər”;
  • AZS EN 943-2:2026 “Təhlükəli bərk, maye və qaz halında olan kimyəvi maddələrdən, o cümlədən maye və bərk aerozollardan qoruyucu geyimlər - Hissə 2: Qəza-xilasetmə qrupları üçün nəzərdə tutulan 1-ci tip (qazkeçirməz) kimyəvi mühafizə kostyumları üçün effektivlik tələbləri”;
  • AZS EN 1073-2:2026 “Radioaktiv çirklənməyə qarşı qoruyucu geyimlər — 2-ci hissə: Hissəcik şəklində olan radioaktiv maddələrlə çirklənməyə qarşı ventilyasiyasız qoruyucu geyimlərə dair tələblər və sınaq üsulları”;
  • AZS EN 1149-5:2026 “Qoruyucu geyimlər - Elektrostatik xassələr - 5-ci hissə: Materialın texniki səmərəliliyi və dizayn tələbləri”;
  • AZS EN 1496:2026 “Fərdi hündürlükdən yıxılmaya qarşı mühafizə avadanlıqları – Xilasetmə və qaldırma qurğuları”;
  • AZS EN 1498:2026 “Yıxılmaya qarşı fərdi mühafizə vasitələri - Xilasedici ilgəklər”;
  • AZS EN 1891:2026 “Hündürlükdən yıxılma hallarının qarşısının alınması üçün nəzərdə tutulan fərdi mühafizə vasitələri - Az uzanan özək-örtük konstruksiyalı kanatlar”;
  • AZS EN 12083:2026 “Tənəffüs orqanlarının fərdi mühafizə vasitələri - Tənəffüs şlanqına malik filtrlər,(Maskaya quraşdırılmayan filtrlər) - Aerozol əleyhinə, qaz əleyhinə və kombinə edilmiş filtrlər - Tələblər, sınaqlar, markalanma”;
  • AZS EN 13034:2026 “Maye halında olan kimyəvi maddələrdən mühafizə geyimi - Maye halında olan kimyəvi maddələrə qarşı məhdud qoruyucu təsirə malik kimyəvi mühafizə geyimlərinin effektivliyinə dair tələblər (Tip 6 və Tip PB [6] mühafizə vasitələri)”;
  • AZS ГОСТ 12.4.033:2026 “Yağlı səthlərdə sürüşmənin qarşısını almaq üçün üst hissəsi dəridən olan xüsusi ayaqqabılar.Texniki şərtlər”;
  • AZS ГОСТ 12.4.162:2026 “Mexaniki təsirlərdən qorumaq üçün polimer materiallardan hazırlanmış xüsusi ayaqqabılar.Ümumi texniki tələblər. Sınaq metodları”;
  • AZS ГОСТ 12.4.222:2026 “Vibrasiyadan qorumaq üçün üst hissəsi dəridən olan xüsusi ayaqqabılar. Texniki şərtlər”;
  • AZS ISO 22568-1:2026 “Ayaq və qıç üçün qoruyucu vasitələr — Ayaqqabı komponentlərinə dair tələblər və sınaq üsulları — 1-ci hissə: Ayaqqabının metal burun hissələri”;
  • AZS ISO 22568-2:2026 “Ayaq və qıç üçün qoruyucu vasitələr — Ayaqqabı komponentlərinə dair tələblər və sınaq üsulları — 2-ci hissə: Ayaqqabının qeyri-metal burun hissələri”;
  • AZS ISO 14644–3:2026  “Təmiz otaqlar və onlarla əlaqəli nəzarət edilən mühitlər – Hissə 3: Sınaq üsulları”;
  • AZS ISO 14644–4:2026 “Təmiz otaqlar və onlarla əlaqəli nəzarət edilən mühitlər – Hissə 4: Layihələndirmə, quraşdırma və başlanğıc”.

Yeni dövlət standartlarının tətbiqində məqsəd təhlükəli iş mühitində çalışan şəxslərin təhlükəsizliyinin təmin edilməsi, hündürlükdən yıxılma və yağlı səthlərdə sürüşmə risklərinin qarşısının alınması, eləcə də kimyəvi və radioaktiv mühitin, vibrasiya və mexaniki təsirlərin yaratdığı təhlükələrdən qorunmaq üçün fərdi mühafizə vasitələrinə dair vahid tələblərin müəyyən edilməsidir.

Sözügedən dövlət standartları layihələri AZSTAND tərəfindən Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsin bazasında təsis edilən “Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 21) təqdimatı əsasında qəbul olunub və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.