twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Dövlət Xidmətində Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib

Görüşdə bu sahədə fəaliyyət göstərən sahibkarların qarşılaşdıqları çətinliklər və onların həllində dövlət-özəl tərəfdaşlığına dair müzakirələr aparılıb.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində (AİBNDX) Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının (AQİSA) nümayəndələri ilə görüş keçirilib. Görüş zamanı Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli qurumun rəqabət siyasəti, keyfiyyət təminatı və istehlakçı məmnuniyyəti sahələrində yenilikləri və əldə olunan nəticələr  barədə məlumat verib.

Görüşdə Assosiasiyanın fəaliyyəti ilə yaxından tanışlıq, dövlət-özəl sektor tərəfdaşlığı istiqamətində birgə layihələrin həyata keçirilməsi və koordinasiyanın təkmilləşdirilməsi məsələləri müzakirə edilib. AQİSA tərəfindən mal, iş və xidmətlərin keyfiyyəti ilə bağlı məsələlərin daim diqqətdə saxlanılması və bu yöndə Dövlət Xidməti ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Sonda Assosiasiya nümayəndələri sahibkarların qarşılaşdıqları çətinliklər və onların müraciətləri barədə Dövlət Xidmətini məlumatlandırıb. Mövcud problemlərin aradan qaldırılması ilə bağlı qanunvericiliyin tələblərinə uyğun həllər, təklif və rəylər dinlənilib.