ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Ştrixkodlaşdırma sisteminin təkmilləşdirilməsi üzrə yeni dövlət standartı qəbul edilib

Milli standartlaşdırma sisteminin təkmilləşdirilməsi, ölkə ərazisində əmtəələrə beynəlxalq unikal Əmtəənin Qlobal İdentifikasiya Nömrəsinin ayrılması (GTIN) və onun əsasında tərtib edilən ştrixkodlardan düzgün istifadənin təmin edilməsi məqsədilə AZS 907-2022 “Avtomatik identifikasiya. Ştrixkodlaşdırma. Ümumi müddəalar. GS1 sistemində əmtəə nömrələrinin formalaşması, ayrılması, qeydiyyatı, tətbiqi və nəzarət qaydaları” yeni dövlət standartı qəbul edilib.

Yeni standart lahiyəsi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən qəbul olunaraq standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Standartın tətbiqi ölkədə ştrixkodlaşdırma prosedurlarının beynəlxalq tələblərə uyğunlaşdırılması, istehsal olunan məhsulların vahid sistem üzrə identifikasiyasının təmin edilməsi və ixrac potensialının gücləndirilməsinə xidmət edəcək.