twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Dövlət Xidmətinin nümayəndə heyəti Rusiyaya səfər edib

İclasda Azərbaycanda antiinhisar qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə Avropa və MDB dövlətlərinin təcrübələri öyrənilməklə Rəqabət Məcəlləsinin hazırlandığı vurğulanıb. 

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri Rusiyanın Sankt-Peterburq şəhərinə səfər edib. Səfər çərçivəsində nümayəndə heyəti Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şuranın 54-cü iclasında və MDB-yə üzv dövlətlərin antiinhisar qanunvericiliyinin pozulması hallarının birgə araşdırılması qərargahının 40-cı iclasında iştirak edib. 
İclasda MDB ölkələrinin antiinhisar orqanlarının Şura çərçivəsində fəaliyyəti və rəqabət siyasəti sahəsində görülən tədbirlər nəticəsində rəqabətin tənzimlənməsi üzrə inkişafa nail olunduğu bildirilib. 


Tədbir zamanı Azərbaycanda antiinhisar qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə Rəqabət Məcəlləsinin hazırlandığı vurğulanıb. Bildirilib ki, Rəqabət Məcəlləsi bu sahədə mövcud qanunvericilik aktları əsasında, Avropa və MDB dövlətlərinin təcrübələri öyrənilməklə hazırlanıb.
Sonda MDB-yə üzv dövlətlərdə bazar iştirakçılarının fəaliyyətinin rəqəmsallaşdırılması üzrə model prinsiplər və standartlar təsdiq edilib. Həmçinin rəqabət siyasətinin inkişafı, antiinhisar qanunvericiliyinin effektiv tətbiqi təcrübəsinin öyrənilməsi və ixtisaslı kadrların hazırlanması məsələləri üzrə razılıq əldə olunub.