Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə Slovakiya Respublikasının Standartlaşdırma, Metrologiya və Sınaq İdarəsi arasında Anlaşma Memorandumu imzalanıb

Sənəd iki ölkə arasında keyfiyyət infrastrukturu sahəsində əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə mühüm töhfə verəcəkdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə Slovakiya Respublikasının Standartlaşdırma, Metrologiya və Sınaq İdarəsi arasında standartlaşdırma, qanunverici və elmi metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi və uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Memorandumun məqsədi tərəflər arasında keyfiyyət infrastrukturu sahəsində institusional əməkdaşlığın inkişaf etdirilməsi, beynəlxalq təcrübə və məlumat mübadiləsinin genişləndirilməsi, eləcə də gələcək birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsidir.

Sənədi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov və Slovakiya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elçin Qasımov imzalayıblar.

Memoranduma əsasən, tərəflər arasında texniki tənzimləmə, standartlaşdırma və metrologiya sahələrində informasiya mübadiləsinin aparılması, həmçinin mütəxəssislərin peşəkar bilik və bacarıqlarının artırılması məqsədilə birgə seminar, konfrans, elmi-texniki layihə və təlimlərin təşkili nəzərdə tutulur.

Sənəd həmçinin metrologiya sahəsində kalibrləmə və ölçmə imkanlarının inkişafı məqsədilə akkreditasiya olunmuş və akkreditasiya prosesində olan laboratoriyaların sınaq səriştəlilik proqramlarında və beynəlxalq laboratoriyalararası müqayisələrdə iştirakının təşviqini, akkreditə olunmuş uyğunluğun qiymətləndirilməsi qurumlarının sınaq nəticələrinin qarşılıqlı tanınmasının asanlaşdırılmasını, eləcə də beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsini ehtiva edir.