logo

Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Velosiped yolları ilə bağlı dövlət standartı qəbul edilib

Dövlət standartı şəhər ərazisində və yollarında velosiped yollarına dair tələblərə, layihələndirmə və təşkili qaydalarını əhatə edir.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən TS 9826 “Şehiriçi yollar - Bisiklet yolları” standartının əsasında AZS 951:2024 (TS 9826:2013) – “Şəhərdaxili yollar – Velosiped yolları” dövlət standartı qəbul edilib.

Dövlət standartı velosipeddən istifadənin təşviqi, ölkə ərazisində uyğun infrastruktur - velosiped yollarının və zolaqların yaradılması, əhalinin velosiped sürməyə artan marağı, həmçinin bu sahənin insanların sağlamlığı və ətraf mühitin mühafizəsi baxımından əhəmiyyəti nəzərə alınmaqla hazırlanıb.

Dövlət standartı “Nəqliyyat və nəqliyyat infrastrukturu” (AZSTAND/TK 43) standartlaşdırma üzrə Texniki Komitədə müzakirəyə çıxarılıb və İnstitut tərəfindən qəbul edilərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.