Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Agentliyin sədri Elnur Bağırov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun “Sənaye platformaları və azad iqtisadi zonalar: Azərbaycan regional istehsal mərkəzi kimi” adlı panel sessiyasında çıxış edib

Çıxışı zamanı Agentlik sədri dövlət satınalmalarının investisiyaların təşviqində, sənaye potensialının və yerli istehsalın artırılmasında rolundan, eləcə də rəqabətli satınalma sisteminin yeni müəssisələrin bazara çıxışına verdiyi töhfədən bəhs edib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında keçirilən “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna həsr olunmuş II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov iştirak edib.

Forum çərçivəsində keçirilən “Sənaye platformaları və azad iqtisadi zonalar: Azərbaycan regional istehsal mərkəzi kimi” mövzusunda panel sessiyasında iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli və Agentliyin sədri Elnur Bağırov məruzəçi qismində çıxış ediblər.

Çıxış zamanı dövlət satınalmalarının investisiyaların təşviqində, sənaye potensialının və yerli istehsalın artırılmasında rolundan bəhs edilib. Bildirilib ki, investorların uzunmüddətli qərarlar qəbul etməsi üçün müasir infrastrukturla yanaşı, güclü və proqnozlaşdırıla bilən institusional çərçivənin formalaşdırılması mühüm əhəmiyyət daşıyır. Bu baxımdan rəqabətli dövlət satınalmaları sisteminin yeni müəssisələr üçün bazara etibarlı çıxışın təmin olunmasında ən effektiv mexanizmlərdən biri olduğu diqqətə çatdırılıb.

Sessiya çərçivəsində baş tutan panel müzakirəsində isə Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov, “Durable Goods Group”un prezidenti Polat Şen, “Carlsberg” şirkətinin korporativ məsələlər üzrə vitse-prezidenti Kristian Vulf Soendergard, “DBA Group”un satış və biznesin inkişafı üzrə vitse-prezidenti Marko Politi, Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycandakı ölkə meneceri Natali Mouravidze və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Dmitro Şlapaçenko iştirak ediblər. Müzakirələr zamanı sənaye platformalarının və azad iqtisadi zonaların investisiyaların cəlb olunması, istehsalın genişləndirilməsi və regional iqtisadi əlaqələrin inkişafındakı rolu ətrafında fikir mübadiləsi aparılıb.