Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
AzMİ EURAMET-ə assosiativ üzv qəbul olunub

Azərbaycan Metrologiya İnstitutunun EURAMET-ə assosiativ üzvlüyü beynəlxalq metrologiya sisteminə inteqrasiyanın gücləndirilməsi və milli etalon bazasının təkmilləşdirilməsi istiqamətində əməkdaşlığa mühüm töhfə verəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) Avropa Milli Metrologiya İnstitutları Assosiasiyasına (EURAMET) assosiativ üzvlüyü təsdiqlənib. Bununla bağlı qərar Gürcüstanın Tbilisi şəhərində keçirilən EURAMET-in 20-ci Baş Assambleyasının iclasında qəbul olunub.

Beləliklə, AzMİ EURAMET-in Texniki Komitələrinin fəaliyyətində iştirak etmək və təşkilatın elmi-tədqiqat və innovasiya layihələrinə qoşulmaq imkanı qazanıb.

Bundan əlavə, üzvlük AzMİ-nin “Milli etalonların və Milli Metrologiya Müəssisələri tərəfindən verilən ölçmə və kalibrləmə sertifikatlarının qarşılıqlı tanınması haqqında” Beynəlxalq Saziş (CIPM MRA) çərçivəsində fəaliyyətinin gücləndirilməsinə, beynəlxalq tutuşdurmalarda iştirakının genişləndirilməsinə, ölçmə və kalibrlənmə imkanlarının (CMC) daha çox ölkələrdə tanınmasına şərait yaradacaq.

Qeyd: Avropanın Regional Metrologiya Təşkilatı EURAMET regionun milli metrologiya qurumları arasında əməkdaşlığı koordinasiya edir, beynəlxalq tutuşdurmaların və tədqiqat layihələrinin həyata keçirilməsini dəstəkləyir, həmçinin etalonların ölçmə və kalibrlənmə imkanlarının beynəlxalq səviyyədə tanınmasına xidmət edir. Təşkilatın 37 tam üzvü və 80-dən çox assosiativ üzvü mövcuddur.