Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Türk Dövlətləri Təşkilatı ölkələrinin rəqabət qurumları rəhbərlərinin 3-cü İclası keçirilib

Şuşa şəhərində keçirilən iclasda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin rəqabət orqanlarının təmsilçiləri çıxış edib, iclasın yekunlarına dair Birgə Kommünike imzalanıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə Şuşa şəhərində Türk Dövlətləri Təşkilatı ölkələrinin rəqabət qurumları rəhbərlərinin 3-cü İclası keçirilib.

İclasda Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov, Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Merey Mukajan, Türkiyə Rəqabət Qurumunun rəhbəri Birol Küle, Özbəkistan Respublikasının Rəqabətin İnkişafı və İstehlakçı Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Xalilillo Turaxujayev, Qazaxıstan Respublikasının Rəqabətin Müdafiəsi və İnkişafı Agentliyi sədrinin müavini Bolat Sambetov, Qırğız Respublikasının İqtisadiyyat və Kommersiya Nazirliyi yanında Antiinhisar Tənzimləmə Xidməti sədrinin müavini Nurjan Kadirbekova, Macarıstan Rəqabət Qurumunun rəhbəri Ksaba Balaş Riqo, Şimali Kipr Türk Respublikasının Rəqabət Şurasının sədri Şifa Kırmızıgil iştirak ediblər.

İclas çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlər rəqabət siyasəti sahəsində öz təcrübələrini bölüşüblər, qarşılıqlı əməkdaşlığı dəstəkləyən təşəbbüslər barədə fikir mübadiləsi aparıblar.

Sonda Türk Dövlətləri Təşkilatının Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasının yekunlarına dair Birgə Kommünike imzalanıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan Respublikasının rəqabət orqanlarının rəhbər şəxsləri tərəfindən imzalanan sənəd gələcək dövr üçün ortaq fəaliyyət prioritetlərini müəyyənləşdirərək rəqabət siyasəti sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsini nəzərdə tutur.