ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Xidmət rəisi “Uğur yolu” karyera inkişaf proqramının qalibi ilə görüşüb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “Uğur yolu” Karyera İnkişaf Proqramının qalibi Aqşin Eminovla mentorluq proqramına başlayıb.

Qeyd edək ki, müsabiqənin idarəçi rəhbəri ilə mentorluq proqramı çərçivəsində əhəmiyyətli effektiv nəticənin əldə olunması məqsədilə qalib şəxslə 1 il müddətində mütəmadi görüş və müzakirələrin keçirilməsi nəzərdə tutulur.

Proqram çərçivəsində qalibin qısa və uzun müddətli hədəflərinə, o cümlədən gələcək karyerası üçün məqsədlərinə doğru irəliləməsinə dəstək olacağını vurğulayan Dövlət Xidmətinin rəisi ölkədə istedadlı, liderlik keyfiyyətləri və idarəetmə bacarıqları yüksək olan kadr ehtiyatı bankının yaradılmasında “Uğur yolu” Karyera İnkişaf Proqramının əhəmiyyətini qeyd edib.

Aqşin Eminov birlikdə həyata keçiriləcək proqramın fərdi inkişafı üçün xüsusi önəmini vurğulayıb.

Görüşdə səmərəli fərdi inkişaf, idarəetmədə qənaətbəxş nəticələrin əldə olunması üçün alətlər və qərarların qəbuluna təsir edən faktorlar barədə müzakirələr aparılıb.