logo

Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Caspian Energy Club-un üzvləri ilə növbəti görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Caspian Energy Club-un nümayəndələri arasında onlayn formatda növbəti görüş keçirilib.

Tədbirdə antiinhisar siyasətinin prioritetləri, sağlam rəqabət mühitinin gücləndirilməsi, bazarın liberallaşması məqsədilə görülən işlər barədə məlumatlar verilib, yerli istehsalın keyfiyyətinin və rəqabətqabiliyyətliliyinin yüksəldilməsi istiqamətində tədbirlərin önəmi istirakçıların diqqətinə çatdırıb. Qeyd olunub ki, dövlət satınalmalarına dair qanunvericilikdə edilən son dəyişikliklər dövlət vəsaitinin səmərəli istifadəsinə, müsabiqələrin şəffaf və ədalətli keçirilməsinə xidmət edir.

Görüşdə açıq və səmimi dialoqa görə Dövlət Xidmətinə təşəkkür edilib və bu cür görüşlərin mütəmadi keçirilməsinin təklif və problemləri müzakirə etmək üçün geniş imkanlar yaratdığı bildirilib.

80-a yaxın sahibkarın iştirak etdiyi görüşdə rəqabət, istehlak bazarına nəzarət, dövlət satınalmaları və keyfiyyət infrastrukturuna dair suallar cavablandırılıb, aidiyyəti təkliflər səsləndirilib.