Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
İstehlak Mallarının Ekspertizası Mərkəzinin nümayəndə heyəti Türkiyəyə işgüzar səfər edib

Qiymətli metalların ekspertizası və damğalanması, eləcə də qiymətli daşların diaqnostikası və sertifikatlaşdırılması sahəsində Türkiyə təcrübəsini öyrənmək məqsədilə həyata keçirilmiş səfər zamanı Türkiyənin Xəzinə və Maliyyə Nazirliyinin Zərbxana və Damğa Mətbəəsi Baş İdarəsinin rəhbər heyəti ilə qurumlararası əməkdaşlıq məsələsi müzakirə olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin (İMEM) nümayəndə heyəti Türkiyənin İstanbul şəhərinə işgüzar səfər edib. Türkiyənin Xəzinə və Maliyyə Nazirliyinin Zərbxana və Damğa Mətbəəsi Baş İdarəsinin dəvəti ilə həyata keçirilmiş səfər qiymətli metalların ekspertizası və damğalanması, eləcə də qiymətli daşların diaqnostikası və sertifikatlaşdırılması sahəsində Türkiyə təcrübəsini öyrənmək, bu istiqamətdə həyata keçirilən islahatlar və idarəetmə mexanizmləri ilə tanış olmaq məqsədi daşıyıb.

Görüş zamanı Türkiyənin Xəzinə və Maliyyə Nazirliyinin Zərbxana və Damğa Mətbəəsi Baş İdarəsinin rəhbər heyəti ilə qurumlararası əməkdaşlığın genişləndirilməsi və gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində İMEM-in nümayəndə heyəti qurumun İstanbulda yerləşən baş ofisində, həmçinin qiymətli metallar və qiymətli daşlar üzrə analiz laboratoriyalarında olub. Burada külçə və sikkələrin, eləcə də dövriyyədə olan metal pulların istehsalı prosesi, laborator analizlərin təşkili, texnoloji infrastruktur və fəaliyyət prinsipləri ilə yerində tanışlıq həyata keçirilib.