Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Gəncə şəhərində ixracatçılar üçün “Mənşə sertifikatı” alt modulundan istifadəyə dair maarifləndirici görüş keçirilib

Görüşdə sahibkarlara “Mənşə sertifikatı” alt modulunun üstünlükləri barədə məlumat verilib, malın mənşə ölkəsini təsdiq edən sertifikatların əldə edilməsi ilə bağlı müraciətlərin “E-keyfiyyet.gov.az” informasiya sistemi vasitəsilə həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Gəncə şəhərində yerləşən 12 saylı regional bölməsində (Samux, Gəncə, Goranboy, Göy-göl, Naftalan, Daşkəsən) ixrac fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinin nümayəndələri üçün növbəti maarifləndirici görüş təşkil olunub. Görüşdə 26 ixracatçı şirkətin 35-ə yaxın nümayəndəsi iştirak edib.

Tədbir zamanı iştirakçılara malın mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsi prosesinin tam elektronlaşdırılması məqsədilə “E-keyfiyyət.gov.az” informasiya sistemində istifadəyə verilmiş “Mənşə sertifikatı” alt modulu və onun funksionallığı barədə ətraflı məlumat verilib.

Görüş çərçivəsində “Mənşə sertifikatı” alt modulundan istifadə qaydalarını əks etdirən videoçarx nümayiş olunub, moduldan istifadənin ixracatçılara verdiyi üstünlüklərdən bəhs edilib. İxracatçıların bu istiqamətdə müraciətlərini Keyfiyyət informasiya sistemi vasitəsilə həyata keçirmələrinin vacibliyi diqqətə çatdırılıb.

Qeyd edək ki, “Mənşə sertifikatı” alt modulundan istifadəyə dair videoçarx ilə Agentliyin rəsmi “Youtube” kanalı  (https://www.youtube.com/watch?v=ZUwJT2mODRg&t=89s) və “E-keyfiyyet.gov.az” informasiya sisteminin “Elektron xidmətlər” bölməsinin (https://e-keyfiyyet.gov.az/e-services) “Mənşə sertifikatlarının alınması üçün müraciət” alt bölməsi vasitəsilə tanış olmaq mümkündür.

Qeyd: Hazırda malın mənşə ölkəsini təsdiq edən sertifikatın əldə olunması üçün müraciətlər hibrid formada olmaqla İqtisadiyyat Nazirliyinin rəsmi internet saytının “Elektron xidmətlər” bölməsi vasitəsilə qismən elektron qaydada və Keyfiyyət informasiya sisteminin “E-xidmətlər” bölməsi vasitəsilə tam elektron qaydada qəbul edilir.