logo

Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
İstehlak bazarında fəaliyyət göstərən sahibkarlarla növbəti maarifləndirici görüş Xankəndi şəhərində keçirilib

Görüşdə Qarabağ iqtisadi rayonunda sahibkarlığın inkişafı istiqamətində görülən işlər, istehlakçı hüquqları və istehlak bazarına nəzarət sahələri üzrə qarşıda duran məsələlər haqqında fikir mübadiləsi aparılıb. Müştəri məmnuniyyətinin təmin olunması istiqamətində tövsiyələr verilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti  tərəfindən istehlakçıların maraq və mənafelərinin qüvvədə olan qanunvericiliyə uyğun olaraq sahibkarlarla uzlaşdırılması məqsədilə mütəmadi olaraq biznes subyektləri ilə görüşlər keçirilir. Növbəti maarifləndirici tədbir Xankəndi şəhərində Qarabağ iqtisadi rayonunda ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələrində, o cümlədən yanacaq məhsullarının, inşaat materiallarının və mobil telefonların satışı, restoran, hotel, əczaçılıq, avtomobil təmiri, avtoyuma və s. sahələrdə fəaliyyət göstərən 50-dən çox sahibkarlıq subyektinin nümayəndələri ilə keçirilib.          

Görüşdə sahibkarlıq fəaliyyətinin təşkilinə dəstək məqsədilə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yeni yaradılan ticarət və xidmət obyektlərinin fəaliyyətinə dair qanunvericiliyin tələbləri barədə məlumat verilib. Həmçinin istehlakçı hüquqları və istehlak bazarına nəzarət sahələri üzrə cari vəziyyət, qarşıda duran məsələlər haqqında qarşılıqlı fikir mübadiləsi aparılıb.  

Bundan əlavə, istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri də sahibkarların diqqətinə çatdırılıb və onları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb. Bu sahədə Dövlət Xidməti tərəfindən atılan addımlar, istehlak bazarına nəzarət tədbirləri çərçivəsində görülən işlər diqqətə çatdırılıb.

Sahibkarlara fəaliyyətlərinin qanunvericiliyin tələblərinə uyğun qurulması və müştəri məmnuniyyətinin təmin olunması istiqamətində tövsiyələr verilib.