1980-ci ildə Bakı şəhərində anadan olub.
2002-ci ildə Bakı Dövlət Universitetini Beynəlxalq hüquq ixtisası üzrə bakalavr, 2004-cü ildə isə həmin universiteti magistratura səviyyəsində fərqlənmə diplomu ilə bitirib.
2005-2006-cı illərdə “Chevening” Təqaüd Proqramı çərçivəsində İngiltərənin Uorvik (Warwick) Universitetində beynəlxalq iqtisadi hüquq üzrə magistr, 2014-2016-cı illərdə isə İspaniyanın İE Biznes Məktəbində MBA dərəcəsi alıb.
Əmək fəaliyyətinə 2002-ci ildə "Baker & Mckenzie - Cis Ltd" şirkətində hüquqşünas olaraq başlayıb, 2003-2007-ci illərdə "OMNİ" QSC-də fəaliyyətini davam etdirib. 2007-2010-cu illərdə İslam İnkişaf bankı Qrupuna daxil olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasında hüquq məsləhətçisi olaraq fəaliyyət göstərib. 2010-2015-ci illərdə bir sıra özəl şirkətlərdə korporativ tənzimləmə və nəzarət üzrə müşavir, baş müdir müavini, baş menecerin müavini vəzifələrini icra edib. 2018-2021-ci illərdə "Veysəloğlu" MMC-də hüquq və daxili nəzarət üzrə rəhbər, biznesə dəstək üzrə direktor vəzifələrdə çalışıb.
2021-2022-ci illərdə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində baş məsləhətçi vəzifəsini icra edib.
Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2022-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin olunub. 2025-ci ilin fevral ayından bu təyinatadək Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində sədrin müşaviri vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2026-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədrinin birinci müavini vəzifəsinə təyin edilib.
Ailəlidir, 2 övladı var.