logo

Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
İsmayılov Tural Vaqif oğlu

1982-ci ildə Bakı şəhərində anadan olub.

1997-2001-ci illərdə Azərbaycan Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2001-2003-cü illərdə həmin universitetdə cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası ixtisası üzrə magistratura təhsili alıb.

Əmək fəaliyyətinə 2006-cı ildə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 saylı Ərazi Vergilər İdarəsində dövlət vergi müfəttəşi olaraq başlayıb, 2019-cu ilədək həmin müəssisədə baş dövlət vergi müfəttişi, baş hüquqşünas, Hüquq bölməsinin rəisi, Hüquq şöbəsinin rəhbəri vəzifələrində çalışıb. 2019-2021-ci illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquq Departamentində və Hüquq Baş İdarəsində baş hüquqşünas vəzifələrində işləyib.

2021-2023-cü illərdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində baş məsləhətçi vəzifəsində çalışıb.

10 oktyabr 2023-cü il tarixindən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Aparat rəhbəri vəzifəsinə təyin olunub.

Ailəlidir, 3 övladı var.