Noyabrın 27-də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 4 saylı regional bölməsində istehlakçıların öz hüquqları barədə məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə “Açıq qapı” günü keçiriləcək.
“Açıq qapı” günündə istehlakçı hüquqları və bu hüquqların müdafiəsi mexanizmləri, eləcə də inzibati orqanların, xüsusilə də Dövlət Xidmətinin müvafiq sahədə rolu ilə bağlı istehlakçıları maraqlandıran suallar cavablandırılacaq. İstehlakçıların təcrübədə üzləşdiyi problemlər ilə əlaqədar qanunvericiliyin tələbləri barədə geniş məlumat veriləcək.
Tarix: 27 noyabr 2024-cü il, saat 10:00 – 17:00
Məkan: Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 4 saylı regional bölməsinin inzibati binası
Ünvan: Şamaxı şəhəri, Heydər Əliyev prospekti, 27.
Görüşdə iştiraka dair sualların khalid.yaqubov@competition.gov.az elektron poçt ünvanına və ya (020) 265 01 74 əlaqə nömrəsinə ünvanlanması xahiş olunur.