Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Texniki tənzimləmə sahəsində laboratoriyaların yenilənməsində maraqlı olan sahibkarlıq subyektləri ilə görüş keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən 04 dekabr 2025-ci il, saat 11:00-da texniki tənzimləmənin şamil olunduğu malların tədqiqinin (sınağının) aparılmasını təmin edən laboratoriyaların fəaliyyətinin təkmilləşdirilməsində, o cümlədən yeni laboratoriyaların qurulmasında maraqlı olan sahibkarlıq subyektlərinin nümayəndələri ilə görüş təşkil olunacaq.

“Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində keçiriləcək görüş zamanı sözügedən sahədə laboratoriya şəbəkəsinin optimallaşdırılması və yaradılması istiqamətində məsələlər müzakirə ediləcək. Həmçinin qeyri-qida istehlak malları üzrə sınaqların aparılması üzrə mövcud laboratoriyaların imkanları nəzərdən keçiriləcək.

Qeyd edək ki, texniki tənzimləmənin şamil olunduğu qeyri-qida istehlak mallarına, onlarla əlaqəli proseslərə və istehsal metodlarına dair təhlükəsizlik tələbləri texniki reqlamentlərdə müəyyənləşdirilir və texniki reqlamentlər bu tələblərin yerinə yetirilməsini zəruri edən texniki-normativ-hüquqi aktlardır. Burada məqsəd məhsulların təhlükəsizliyini təmin etməklə insan həyatı və sağlamlığı, ətraf mühit, eləcə də istehlakçıların qanuni maraqlarına zərər vura biləcək risklərin qarşısını almaq, beynəlxalq ticarətdə maneələri aradan qaldırmaq və malların sərbəst dövriyyəsinə şərait yaratmaqdır.

Maraqlı tərəflər müvafiq formanı doldurmaqla qeydiyyatdan keçə və görüşdə iştirak edə bilərlər.

Məkan: Hökumət Evi (Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 84), 671-ci otaq.