logo

Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Ölkədə korporativ yaşıl biznesin idarəedilməsi sistemləri üzrə yeni dövlət standartı qəbul edilib

Yeni dövlət standartının tətbiqi müəssisə və təşkilatlarda yaşıl biznes modelinə keçidi asanlaşdıracaq, onların qlobal bazarda daha rəqabətqabiliyyətli olmasına geniş imkanlar yaradacaq.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ tərəfindən AZS 962:2024 “Yaşıl biznesin idarəedilməsi sistemləri” yeni dövlət standartı qəbul edilib.

Yeni dövlət standartı özündə müəssisə və təşkilatların ətraf mühitə mənfi təsirlərini minimuma endirmək, resurslardan səmərəli istifadə etmək və ekoloji məsuliyyət xüsusiyyətlərini ehtiva edir.

Bundan əlavə, müvafiq standart təşkilatların idarəetmə sistemlərində yaşıl maliyyə idarəetməsi, dayanıqlı təchizat zənciri, ekoloji dayanıqlılıq və ekoloji innovasiyalar kimi əsas prinsiplərin tətbiqini stimullaşdıracaq.

Sözügedən dövlət standartı “Education and Sustainable Development Goals” (ESDGoals) tərəfindən təqdim edilən standart layihəsi çərçivəsində “Uyğunluğun qiymətləndirilməsi” (AZSTAND/TK 08) və “Ekologiya” standartlaşdırma üzrə Texniki Komitələrdə (AZSTAND/TK 09) müzakirə edilib, ümumi razılıq əsasında qərar qəbul edilərək təsdiq edilməsi üçün İnstituta təqdim olunub.