ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Dövlət Xidmətində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

Görüşdə Dövlət Xidmətinin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib, idarəetmə bacarıqları yüksək olan perspektivli kadrların seçilməsi və menecmentə cəlb olunmasında “Yüksəliş” müsabiqəsinin əhəmiyyəti vurğulanıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun “Yüksəliş” müsabiqəsinin qalibi Nərgiz Balakişiyeva ilə mentorluq proqramı davam edir. Proqram çərçivəsində Nərgiz Balakişiyeva İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ilə görüşüb.

Görüş zamanı Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli müsabiqə qalibini əldə etdiyi nailiyyət münasibətilə təbrik edib, rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib, həmçinin idarəetmə bacarıqları yüksək olan perspektivli kadrların seçilməsi və menecmentə cəlb olunmasında “Yüksəliş” müsabiqəsinin əhəmiyyətini vurğulayıb.

Sonda qalibin müsabiqə barədə təəssüratları, maraq dairəsini əhatə edən mövzular və mentorluq proqramı çərçivəsində gələcək planları dinlənilib, fərdi inkişafı üçün səmərəli ola biləcək tədbirlərə dair müzakirələr aparılıb.