twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Dövlət satınalmalarına dair seminar

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “Dövlət satınalmaları haqqında” yeni Qanunun və əlaqədar normativ-hüquqi aktların tətbiqi ilə bağlı seminar keçiriləcək. Seminar elektron formatda “Zoom” platforması üzərindən təşkil ediləcək.

Dövlət Xidmətinin Dövlət satınalmalarına nəzarət şöbəsinin müdiri Əhməd Həsənov, şöbə müdirinin müavinləri Zəminə Əliyeva və Elşən Həsənov təlimçi qismində çıxış edəcəklər. Seminarda satınalma prosedurlarının tətbiqi zamanı baş verən uyğunsuzluqlara dair tövsiyələr veriləcək, qanunvericiliklə bağlı aydın olmayan məqamlar izah ediləcək, eləcə də müəyyən olunmuş vaxt çərçivəsində iştirakçıların aşağıda qeyd edilən keçid (https://ahaslides.com/0H83P) vasitəsilə yazdığı suallar cavablandırılacaq.

Seminarda iştirak etmək üçün linkə (https://forms.gle/yqUsMVLqWRaF4ggv9) daxil olaraq qeydiyyatdan keçə bilərsiniz.

Məlumat üçün qeyd edək ki, seminarda “Zoom” çat bölməsi və ya canlı formada sual qəbul edilməyəcək.

Dövlət Xidməti sahibkarlıq subyektlərini, dövlət satınalan təşkilatlarının təmsilçilərini və digər maraqlı tərəfləri seminarda iştiraka dəvət edir.

Tarix: 05 iyul 2024-cü il, saat 16:00
Seminar müddəti: 2 saat
Format: elektron, “Zoom” vasitəsilə