10 avqust 2022-ci il tarixində saat 10.00-da İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində açıq məkanda reklam fəaliyyəti göstərən sahibkarların, müəssisə və təşkilatların maarifləndirilməsi məqsədilə seminar keçiriləcək. Tədbir Dövlət Reklam Agentliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birgə baş tutacaq.
Qeyd edək ki, seminarda reklam sahəsində sahibkarların, müəssisə və təşkilatların fəaliyyətlərində əsasən rastlaşdıqları problemlər, sahibkarların hüquq və öhdəlikləri, haqsız rəqabət və reklam qanunvericiliklərinin tələbləri, eləcə də bu sahədə görülmüş işlər barədə məlumatlar veriləcək.
Ünvan: Bakı, Üzeyir Hacıbəyov, 84 AZ1000, Hökumət evi, 7-ci giriş, 1-ci mərtəbə akt zalı