logo

Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Ekologiya sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

Yeni dövlət standartlarının tətbiqi su təmizləmə zavodlarında tullantı suyun rənginin qiymətləndirilməsi, suyun keyfiyyətini müəyyən etmək məqsədilə alov atomu udma spektrometriyası ilə suda kobalt, nikel, topper, sink, kadmium və qurğuşunun təyini və təmizlənmiş, təmizlənməmiş suların, içməli suyun rənginin tədqiqi üçün fərqli metodları müəyyən edir.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO 7887 “Suyun keyfiyyəti — Rəngin tədqiqi və müəyyən edilməsi” və AZS ISO 8288 “Suyun keyfiyyəti — Kobalt, nikel, mis, sink, kadmium və qurğuşunun təyini – Alovlu atom absorbsiya  spektrometrik üsullar” yeni dövlət standartları qəbul edilib.

Yeni dövlət standartları Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən beynəlxalq standartların əsasında işlənib hazırlanıb, “Ekologiya” standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK-09) tərəfindən müzakirəyə çıxarılıb. Standartlar müvafiq qurumlarla razılaşdırıldıqdan sonra AZSTAND tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin dövlət fonduna daxil edilib.