Təlim yeni qanunvericilik aktlarının tələblərinə uyğun satınalmaların təşkili ilə əlaqədar dövlət satınalan təşkilatları, sahibkarlıq subyektləri və digər maraqlı tərəflərin nümayəndələrinin məlumatlandırılmasına xidmət edir.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının yeni Qanununun tətbiqi” mövzusunda silsilə maarifləndirmə tədbirləri davam etdirilir. Bu çərçivədə dövlət satınalan təşkilatları, sahibkarlıq subyektləri və digər maraqlı tərəflərin 800-dən çox nümayəndəsinə onlayn seminar keçirilib.
Tədbirin keçirilməsində məqsəd yeni Qanun və Qanunun icrasından irəli gələn normativ hüquqi aktlar üzrə məlumatlandırma, satınalmaların vaxtında planlaşdırılması, effektiv təşkili və qanunvericiliyin digər tələbləri istiqamətində zəruri məlumatların təqdim edilməsidir.
Seminar çərçivəsində Qanunun yeni müddəaları, satınalma metodlarının tətbiqinin praktiki əsasları, təkliflərin qiymətləndirilməsi, təchizatçılara dair tələblər və digər əlaqədar mövzular barədə iştirakçıların sualları cavablandırılıb.