Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Media nümayəndələri üçün standartlaşdırma mövzusunda təlim keçirilib

Tədbirdə standartlaşdırmanın əhəmiyyəti və iqtisadi inkişafda rolu, milli standartlaşdırma sisteminin təkmilləşdirilməsi, yeni standartların qəbulu və süni intellekt sahəsində standartlaşdırma məsələlərindən bəhs olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə 14 oktyabr - Ümumdünya Standartlaşdırma Gününə həsr olunmuş media təlim keçirilib.

30-a yaxın media nümayəndəsinin iştirakı ilə keçirilən tədbirdə Agentliyin sədr müavini İlqar Həsənov və Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) baş direktorunun müavini, baş direktor vəzifəsini müvəqqəti icra edən Kəmalə Məmmədzadə açılış nitqi ilə çıxış ediblər. Çıxışlar zamanı standartlaşdırmanın iqtisadiyyatın inkişafında, məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsində, istehlakçı hüquqlarının qorunmasında və beynəlxalq ticarətin genişləndirilməsində rolu vurğulanıb. Həmçinin ölkədə milli standartlaşdırma sisteminin təkmilləşdirilməsi istiqamətində görülən işlər, yeni dövlət standartlarının qəbulu, beynəlxalq əməkdaşlığın genişləndirilməsi barədə məlumat verilib.

Daha sonra AZSTAND-ın nümayəndəsi Gülbacı Əliyeva tərəfindən “Standartların keyfiyyət infrastrukturunda rolu və əhəmiyyəti”, Firuzə Bəhri tərəfindən isə “Süni intellekt sahəsində standartlaşdırma” mövzularında təqdimatlar keçirilib. Təqdimatlarda standartların keyfiyyət infrastrukturunun formalaşmasında, məhsul və xidmətlərin təhlükəsizliyinin və etibarlılığının təmin edilməsində, eləcə də süni intellekt texnologiyalarının tətbiqi zamanı vahid yanaşmaların müəyyənləşdirilməsində rolu diqqətə çatdırılıb.

Təlimin sonunda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.