logo

Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Rəqabət Məcəlləsinin layihəsi müzakirə olunub

Sentyabrın 28-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclasında Rəqabət Məcəlləsinin layihəsi müzakirəyə çıxarılıb.

İclasda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, millət vəkilləri, İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəylinin rəhbərlik etdiyi nümayəndə heyəti və digərləri iştirak edib.

İclasda Məcəllə layihəsinin qəbul edilməsinin ölkədə kiçik və orta bizneslərin inkişafı, inhisarçılığın aradan qaldırılması, bu sahəyə dövlət nəzarətinin artırılmasında əhəmiyyəti vurğulanıb. Məcəllə layihəsinin məqsədi, üstün tərəfləri və rəqabət qanunvericiliyinə gətirilən yeni anlayışlar, Məcəllənin tənzimləmə predmeti və üsulları, inhisar vəziyyətinə nəzarət metodları ilə bağlı fikir mübadiləsi aparılıb.

İclasın gedişatında millət vəkillərini maraqlandıran suallar cavablandırılıb. Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilib.