Verilən sifariş düzgün ölçü və rəngdə olmadıqda istehlakçı malı dəyişdirə bilərmi?
İstehlakçılar sifariş əsasında hərhansı məhsul hazırladarkən tövsiyə olunur ki, mütləq müqavilə tərtib etdirsinlər. Müqavilədə məhsulun nədən hazırlanması, çatdırılma şərtləri, istifadə xüsusiyyətləri və digər bu kimi məqamlar öz əksini tapmalıdır. Sifariş əsasında hazırlanmış məhsul sifarişçi tərəfindən təhvil götürülməli , təhvil-təslim aktı tərtib edilməli və məhsulun sifarişə uyğun hazırlanıb-hazırlanmadığı yerindəcə yoxlanılmalıdır. Əgər bu şərtlər pozularsa, istehlakçının hüququ vardır ki, həmin məhsulu dəyişdirsin, qaytarsın və ya yeni məhsulun hazırlanmasını tələb etsin.