logo

Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Azərbaycan Akkreditasiya Mərkəzi ilə SOCAR arasında Anlaşma Memorandumu imzalanıb

Sənədə əsasən, tərəflər elmi-texniki məsələlər üzrə birgə məsləhətləşmələr, təcrübə mübadiləsi həyata keçirəcək, qarşılıqlı metodoloji yardımın göstərilməsi və yüksək ixtisaslı mütəxəssislərin akkreditasiya prosesinə cəlb edilməsi istiqamətində əməkdaşlıq edəcəklər.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, onun tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) və SOCAR-ın nümayəndə heyəti arasında görüş keçirilib. 

Görüşdə Dövlət Xidməti tərəfindən istehlakçıların tələbatının qabaqcıl ölkələr səviyyəsində təminatı üçün keyfiyyət infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Həmçinin uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya prosesi üzrə prioritet məsələlər müzakirə olunub.  Bildirilib ki, ölkədə akkreditasiya sisteminin Akkreditasiya üzrə Avropa Əməkdaşlığı Təşkilatının (EA), Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatının (ILAC) tələblərinə uyğun təşkil edilməsi, akkreditasiya prosesinin sonunda veriləcək qərarların əsaslılığının təmin edilməsi üçün AzAK-a yüksək ixtisaslı mütəxəssislərin cəlb edilməsi zəruridir.

Görüşdə həmçinin SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin ölkənin neft-qaz və neft-kimya sənayesi sahəsində ixtisaslı kadrların hazırlanması üzrə keçirdiyi təlimlərin əhəmiyyəti də vurğulanıb.

Sonda AzAK və SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən, tərəflər elmi-texniki məsələlər üzrə birgə məsləhətləşmələr, təcrübə mübadiləsi, qarşılıqlı metodoloji yardımın göstərilməsi və yüksək ixtisaslı mütəxəssislərin akkreditasiya prosesinə cəlb edilməsi istiqamətində əməkdaşlıq edəcəklər.