Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Agentliyin nümayəndəsi Naxçıvan Dövlət Universitetində keçirilən dövlət satınalmalarına dair təlimdə çıxış edib

Təlimdə dövlət satınalmaları sahəsində mövcud çağırışlar, prosedur qaydaları və nəzarət mexanizmlərinə dair məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndəsi Naxçıvan Dövlət Universitetində dövlət satınalmalarına həsr olunmuş təlimdə iştirak edib.

Naxçıvan Muxtar Respublikası üzrə fəaliyyət göstərən 40-dan çox dövlət və özəl təşkilatın nümayəndəsi, o cümlədən universitet əməkdaşlarının iştirakı ilə keçirilən təlimdə Agentliyin sektor müdiri Nicat Xəlilov “Dövlət satınalmalarında müşahidə olunan əsas çağırışlar və Agentliyin tövsiyələri” mövzusunda təqdimatla çıxış edib.

Təqdimat zamanı dövlət satınalmalarının əsas prinsipləri iştirakçıların diqqətinə çatdırılıb, satınalma prosedurlarının həyata keçirilməsi zamanı ortaya çıxan aktual məsələlər barədə məlumat verilib. Eyni zamanda ehtimal olunan qiymətin düzgün formalaşdırılması, şərtlər toplusunun qanunvericiliyin tələblərinə uyğun hazırlanması, təchizatçıların təkliflərinin qiymətləndirilməsi, onların satınalmadan kənarlaşdırılması halları, şikayətlərin verilməsi və satınalma müqaviləsinin tərtibi qaydaları izah edilib, Dövlət satınalmalarının vahid internet portalı (Etender.gov.az) vasitəsilə dövlət satınalmalarında düzgün iştirak qaydaları diqqətə çatdırılıb.

Tədbir çərçivəsində həmçinin Azərbaycan Respublikası Hesablama Palatasının əməkdaşı Nizami Alməmmədovun təqdimatında “Dövlət satınalmalarının auditi” mövzusunda çıxış dinlənilib, müvafiq sahədə tətbiq olunan nəzarət mexanizmləri barədə məlumat verilib.

Təlimin sonunda iştirakçıları maraqlandıran suallar praktiki nümunələr üzərindən cavablandırılıb, satınalma proseslərində uğurlu iştirak üçün zəruri tövsiyələr verilib.