twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Əmtəə bazarının səmərəliliyi və rəqabət işçi qrupunun növbəti iclası keçirilib

Əmtəə bazarının səmərəliliyi və rəqabət işçi qrupunun növbəti iclasında 2023-cü ilin Fəaliyyət Planı üzrə görülmüş işlər və “Business Ready” hesabatının nəticələri müzakirə edilib.

Azərbaycan Respublikasının Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət işçi qrupunun növbəti iclası keçirilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Cəfər Babayevin rəhbərlik etdiyi İşçi qrupunun iclasında 2023-cü ilin Fəaliyyət Planı üzrə görülmüş işlər müzakirə edilib.

İclas zamanı Dünya Bankı tərəfindən təqdim olunan yeni “Business Ready” hesabatının müvafiq indikatorları üzrə cavablandırılmış sorğu vərəqələrinə və qiymətləndirmə nəticələrinə dair fikir mübadiləsi aparılıb.

Əlavə olaraq, inhisarçılıq fəaliyyətinin və haqsız rəqabət hallarının qarşısının alınması və aradan qaldırılması, reklam fəaliyyətinə dövlət nəzarəti istiqamətində həyata keçirilən tədbirlər vurğulanıb. Həmçinin Dövlət Xidmətinin əsas fəaliyyət istiqamətlərindən olan dövlət satınalmaları sahəsindəki nəzarət mexanizmləri və tənzimləmələrin səmərəlilik göstəriciləri qeyd olunub.

Qeyd: Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamı ilə yaradılıb.