logo

Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Dövlət Xidməti və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə hakimlər üçün ixtisasartırma təlimi keçirilib

İstehlakçı hüquqlarının müdafiəsi və hüquq pozuntularına görə inzibati məsuliyyətə cəlbetmə, rəqabət qanunvericiliyinin pozulması zamanı bazar subyektlərinin məsuliyyəti barədə məlumat verilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə hakimlər üçün “Rəqabət qanunvericiliyi və istehlakçı hüquqlarının pozulması” mövzusunda ixtisasartırma təlimi keçirilib.

Təlim iştirakçılarına Dövlət Xidmətinin əsas fəaliyyət istiqamətləri, xüsusilə istehlakçı hüquqlarının müdafiəsi və rəqabət qanunvericiliyi sahəsində görülən tədbirlər barədə məlumat verilib. Həmçinin istehlakçıların əsas hüquq və vəzifələri, istehlakçı hüquqlarının müdafiəsi mexanizmləri izah olunub.

Əlavə olaraq, haqsız rəqabətin formaları və rəqabət qanunvericiliyinin pozulması ilə əlaqədar bazar subyektlərinin məsuliyyəti, haqsız sahibkarlıq fəaliyyəti və mübarizə metodları barədə də məlumat təqdim edilib.

Sonda təlim iştirakçılarının istehlakçı hüquqlarına və rəqabət qanunvericiliyinə dair sualları cavablandırılıb.