logo

Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Dövlət Xidmətində Almaniya Fiziki-Texniki Federal İnstitutunun nümayəndələri ilə görüş keçirilib

Görüşdə seçilmiş məhsullar üzrə dəyər zəncirləri üçün xidmət və prosedurların təkmilləşdirilməsi müzakirə olunub, məhsul olaraq tikinti materialları qrupuna aid olan gil dam örtüyünün və döşəmə plitələrin seçildiyi vurğulanıb.

Almaniya Fiziki-Texniki Federal İnstitutunun (Physikalisch-Technische Bundesanstalt - PTB) nümayəndə heyəti “Şərq Tərəfdaşlığı Ölkələrində Artan Ticarət üçün Keyfiyyət Standartları" layihəsi çərçivəsində Bakıya işgüzar səfər edib.

11-14 iyul tarixlərində PTB ekspertləri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və qurumun tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutu, Azərbaycan Metrologiya İnstitutu və Azərbaycan Akkreditasiya Mərkəzi publik hüquqi şəxslərin nümayəndələri ilə görüşlər keçirib, keyfiyyət infrastrukturu qurumlarında mövcud vəziyyətlə tanış olublar.

Görüşlər çərçivəsində seçilmiş məhsullar üzrə dəyər zəncirləri üçün xidmət və prosedurların təkmilləşdirilməsi müzakirə olunub, məhsul olaraq tikinti materialları qrupuna aid olan gil dam örtüyünün və döşəmə plitələrin seçildiyi vurğulanıb.

Həmçinin sözügedən məhsulların təhlükəsizlik və keyfiyyət tələblərinin müəyyənləşdirilməsi, standartlaşdırma, sınaq və sertifikatlaşdırma xidmətləri üzrə fəaliyyət planı ətrafında detallı təhlillər aparılıb. Layihə çərçivəsində müvafiq tikinti materiallarına dair milli texniki reqlamentlərin və istinad standartlarının hazırlanması müzakirə edilib. Bundan əlavə, Azərbaycan üzrə seçilmiş dəyər zəncirlərində standartlaşdırma, metrologiya və akkreditasiya proseslərinə dəstək məsələləri nəzərdən keçirilib.