logo

Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Dövlət Xidməti Heydər Əliyev ili çərçivəsində media nümayəndələri üçün maarifləndirici tədbir keçirib

Seminarda antiinhisar siyasəti, haqsız rəqabətə qarşı mübarizə, istehlakçı hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən media nümayəndələri üçün "İstehlakçı hüquqlarının qorunması və rəqabətin təmin olunması mexanizmləri" adlı maarifləndirici seminar təşkil olunub.

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan tədbirdə Dövlət Xidmətinin rəis müavini Elnur Bağırov çıxış edib. Bildirilib ki, Ulu öndər tərəfindən Azərbaycanda dövlət senzurasının ləğvi ilə ölkədə söz və mətbuat azadlığının təməli qoyulub, demokratik mövqeyin, ictimai və siyasi rəyin açıq ifadəsinə təkan verilib.Daha sonra antiinhisar siyasəti, haqsız rəqabətə qarşı mübarizə, istehlakçı hüquqlarının müdafiəsi sahəsində Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verilib. Qeyd olunub ki, təlimin keçirilməsində məqsəd müvafiq sahələrdə jurnalistlərin bilik və təcrübələrini artırmaq, onların ixtisaslaşmasına dəstək göstərməkdir.

Seminarda Dövlət Xidmətinin nümayəndələri “İstehlakçıların əsas hüquqları və müdafiəsində inzibati orqanlar və məhkəmələrin rolu” və “Antiinhisar, haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət sahəsində Dövlət Xidmətinin vəzifə və səlahiyyətləri” mövzularında təqdimatlarla çıxış ediblər.

Hər iki mövzu ilə bağlı KİV nümayəndələrini maraqlandıran suallar interaktiv formada Dövlət Xidmətinin nümayəndələri tərəfindən ətraflı cavablandırıb.

Sonda seminar iştirakçılarına sertifikatlar təqdim edilib, fəaliyyətlərində uğurlar arzulanıb.