logo

Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Layihələrin idarə edilməsinə dair yeni dövlət standartları qəbul edilib

Ölkədə layihələrin keyfiyyətli və səmərəli idarə olunmasının təmin edilməsi məqsədilə AZS ISO 21500:2022 “Layihə, proqram və portfelin idarə edilməsi. Kontekst və anlayışlar” və AZS ISO 21502:2022 “Layihə, proqram və portfelin idarəedilməsi.  Layihənin idarə edilməsinə dair təlimat” yeni dövlət standartları qəbul edilib.

“PMO.az” şirkəti tərəfindən təqdim edilən yeni standart layihələri İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Yeni standartlar dövlət və özəl təşkilatlar da daxil olmaqla, ölçüsündən və növündən asılı olmayaraq bütün təşkilatlara, eləcə də mürəkkəbliyindən və müddətindən asılı olmayaraq istənilən layihə, proqram və portfelə şamil edilir. Bu standartların ölkədə tətbiqi beynəlxalq idarəetmə prinsiplərinə əsaslanan effektiv idarəçiliyin təşkilində faydalı olacaqdır.