logo

Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
“Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” Qanun layihəsi ikinci oxunuşda qəbul edilib

Milli Məclisin oktyabrın 20-də keçirilən plenar iclasında “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” Qanun layihəsi müzakirəyə çıxarılıb. Layihəni Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.

Plenar iclasda millət vəkilləri, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətinin nümayəndəsi iştirak edib.

İclasda millət vəkilləri tərəfindən “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” Qanun layihəsinə dair fikirlər səsləndirilib.

Müzakirələrdən sonra Qanun layihəsi səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul edilib.