logo

Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
“Xırdalan” əmtəə nişanından qanunsuz istifadə halları aşkar edilib

Əmtəə nişanları qanunvericiliklə qorunur və ondan yalnız əmtəə nişanının sahibinin razılığı ilə istifadə edilə bilər.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə “Xırdalan” əmtəə nişanından qanunsuz istifadə edilməsi barədə müraciət daxil olub. Dövlət Xidməti tərəfindən aparılan araşdırmalar zamanı bir sıra bazar subyektlərinin “Xırdalan” əmtəə nişanından qanunsuz istifadə etmələrinə dair hallar aşkarlanıb. Faktla bağlı araşdırmalar davam edir.

Qeyd edək ki, “Xırdalan” əmtəə nişanı kimi “Carlsberg Azerbaijan” MMC adından ölkə ərazisində müvafiq qaydada qeydiyyata alınıb və Azərbaycan Respublikasının ərazisində qüvvədədir. Həmin əmtəə nişanı Azərbaycan Respublikasında qanunvericiliklə qorunur və ondan yalnız əmtəə nişanının sahibinin razılığı ilə istifadə edilə bilər.

Xatırladaq ki, “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, digər bazar subyektinin əmtəə nişanından qanunsuz istifadə edilməsi haqsız rəqabət hesab olunur və buna görə qanunvericilikdə məsuliyyət tədbirləri nəzərdə tutulub.