logo

Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Dövlət Xidməti vəkilliyə namizədlər üçün təlim keçirib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təşəbbüsü ilə Ədliyyə Akademiyasında icbari təlim kursu proqramı və Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin vəkillərin ixtisasartırma kursu proqramı üzrə növbəti onlayn təlim keçirilib. Dövlət Xidməti ilə Vəkillər Kollegiyası arasında imzalanmış Əməkdaşlıq Memorandumu çərçivəsində təşkil olunan “İstehlakçı hüquqlarının müdafiə mexanizmləri” mövzusunda təlimdə 106 nəfər vəkilliyə namizəd iştirak edib.

Təliminin məqsədi istehlakçı hüquqlarının müdafiəsi sahəsində vətəndaşlara göstərilən hüquqi yardımın keyfiyyətinin yüksəldilməsindən ibarətdir. İştirakçılara istehlakçıların əsas hüquq və vəzifələri, istehlakçı hüquqlarının müdafiəsi mexanizmləri və bu hüquqların pozulması ilə bağlı məsuliyyət tədbirləri barədə ətraflı məlumat verilib

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.