ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Cəlilabadda sahibkarlarla görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçı müraciətlərinin təhlili əsasında regionlarda fəaliyyət göstərən sahibkarlarla görüşlərin keçirilməsini davam etdirir. Növbəti bu cür görüş Cəlilabadda təşkil edilib.

Biznes subyektləri və Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə keçirilən müzakirələrdə xidmət müəssisələrində istehlakçı hüquqlarının daha çox pozulduğu hallara dair fikirlər bildirilib, istehlakçı məmnuniyyətinin təmin edilməsinin vacibliyi vurğulanıb.

Dövlət Xidməti sahibkarlarla görüşlərini davam etdirəcək.