ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Halal keyfiyyət infrastrukturu sahəsində Anlaşma Memorandumu imzalanıb

“Azərbaycan Standartlaşdırma İnstitutu” (AZSTAND) publik hüquqi şəxsin nümayəndələri Birləşmiş Ərəb Əmirliklərində keçirilən Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) illik toplantısında iştirak edib. 

Toplantı çərçivəsində  AZSTAND ilə Qazaxıstan Standartlaşdırma və Metrologiya İnstitutu arasında halal keyfiyyət infrastrukturu sahəsində Anlaşma Memorandumu imzalanıb.

Tərəflər halal məhsulların müvafiq standartlaşdırma fəaliyyəti üzrə təcrübə mübadiləsi, mütəxəssislərin hazırlanması, texniki əməkdaşlıq və halal məhsulların sertifikatlaşdırılmasına dair stimullaşdırıcı tədbirlər barədə razılığa gəliblər.

Razılaşmaya əsasən, halal məhsul və xidmətlərə dair  standartların hazırlanması İslam Əməkdaşlıq Təşkilatı - İslam Ölkələrinin Standartlaşdırma və Metrologiya İnstitutunun tələblərinə uyğun olaraq həyata keçiriləcək.