ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) müəllim-tələbə heyəti ilə görüşüb.

Tədbirdə iki qurum arasında əməkdaşlıq perspektivləri, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində UNEC tələbələri üçün istehsalat təcrübəsi və yay təcrübə proqramlarının təşkil olunması, müvafiq sahədə kadr potensialının inkişafına xidmət edən layihələrin icrası və birgə tədbirlərin təşkili imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Azərbaycan Dövlət İqtisad Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Sənəddə UNEC tələbələrinin bilik və bacarıqlarının davamlı inkişafının təmin edilməsi və karyera planlaşdırması, qarşılıqlı maraq kəsb edən sahələr, xüsusilə  haqsız rəqabət, dövlət satınalmaları, keyfiyyətin idarəedilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və digər müvafiq sahələrdə əməkdaşlıq məsələləri nəzərdə tutulur.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.