Azərbaycan Respublikası Dövlət Qurumlarının Rəsmi Vebsaytı

Ətraflı logo
logo

Rəsmi vebsaytların domeni .gov.az ilə bitir

Dövlət qurumları .gov.az domeni ilə bitən rəsmi vebsaytlardan istifadə edirlər (məsələn, nümunə.gov.az) Etibarlı vebsaytlar logo

logo

Təhlükəsiz vebsaytlar HTTPS istifadə edir

Bağlantının təhlükəsiz olduğunu yoxlamaq üçün kilid işarəsini () və ya https:// prefiksini axtarın. Şəxsi məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Agentliyin nümayəndəsi Beynəlxalq Rəqabət Şəbəkəsinin (ICN) işçi qrupunun seminarında çıxış edib

Seminar müvafiq bazarın müəyyən edilməsində ən yaxşı təcrübələrin müzakirəsi və hökmran mövqedən sui-istifadə hallarının qiymətləndirilməsinə dair müasir çağırışlara həsr olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin şöbə müdiri Şəmsi Rzalı Çexiya Respublikasının Praqa şəhərində Beynəlxalq Rəqabət Şəbəkəsinin (ICN) Hökmran mövqe üzrə işçi qrupunun 12-ci seminarında iştirak edib.

Seminarda rəqabət sahəsində ölkələrarası təcrübə mübadiləsinin təşviqi, bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi və müvafiq bazarlarda hökmran mövqenin təhlili kimi aktual məsələlərə dair üzv dövlətlərin rəqabət orqanlarının praktiki yanaşmalarından bəhs edilib.

Tədbir zamanı Agentliyin nümayəndəsi “Müvafiq bazarın müəyyən edilməsi və hökmran mövqe anlayışı” mövzusunda plenar sessiyada məruzəçi qismində çıxış edib, Azərbaycanda Rəqabət Məcəlləsinin qəbulu, tətbiq dairəsi və tənzimləmə mexanizmləri barədə ətraflı məlumat verib. Həmçinin hökmran mövqe vəziyyətinin təsbit edilməsi üçün əsas meyarlar, təbii inhisarlara dövlət nəzarəti, Agentliyin bu sahədə səlahiyyətləri və fəaliyyət istiqamətləri diqqətə çatdırılıb.

Sonda sessiya iştirakçılarının sözügedən mövzu ətrafında sualları cavablandırılıb, qaldırılan məsələlərə dair izahlar verilib.