twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Sahibkarlarla görüş keçirilib

İstehlakçı hüquqlarının daha etibarlı müdafiəsini təmin etmək və sahibkarları istehlak bazarına nəzarət mexanizmlərinə dair maarifləndirmək məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçı müraciətlərinin təhlili əsasında regionunda fəaliyyət göstərən sahibkarlarla görüşlərin keçirilməsinə başlayıb. İlk görüş Dövlət Xidmətinin məsul şəxslərinin iştirakı və 12 saylı regional bölməsinin təşkilatçılığı ilə Gəncə şəhərində keçirilib.

Müzakirələr xidmət müəssisələrində istehlakçı hüquqlarının ən çox pozulduğu hallar təşkil edilib. Qeyd olunub ki, istehlakçı müraciətlərinə operativ reaksiya vermək üçün bu sahədə məsul şəxslərin və reqlamentin müəyyən olunması, çağrı mərkəzlərinin fəaliyyətində effektivliyin artırılması əsas şərtlərdəndir. Görüşdə həmçinin, turizm mövsümünün başlaması ilə əlaqədar bu sahədə istehlakçı məmnuniyyətinin təmin edilməsi üçün dövlət standartlarının tətbiqinin vacibliyi vurğulanıb.

Bu cür görüşlərin davamlı təşkil olunması nəzərdə tutulur.