twitter
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Un istehsalçılarının topdansatış məntəqələri, satış qiymətləri və iş vaxtı barədə məlumat

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un istehsalçılarının topdansatış mərkəzləri və məntəqələri, topdansatış qiymətləri, habelə iş vaxtı və əlaqə nömrələrinə dair məlumatı ictimaiyyətin diqqətinə çatdırır.

Cədvələ keçid: https://bit.ly/36jYRPB 

Qeyd edilən topdansatış məntəqələrində hazırda unun 50 kq-lıq kisələrdə topdansatış qiyməti 35,2-35,9 manat təşkil edir. İstehsalçılar topdansatış məntəqələrində biznes subyektlərinə unun göstərilən qiymətə satılmasını təmin edəcəklər.

Məlumatlar mütəmadi olaraq yenilənəcəkdir.

Bununla yanaşı, un istehsalçılarına məxsus olmayan digər satış məntəqələrində qiymətlər təchizat zəncirinin xüsusiyyətləri (nəqliyyat xərcləri, ticarət əlavələri və s.) nəzərə alınmaqla formalaşır.

Bir daha bildiririk ki, unun satışı üzrə satış məntəqələrində antiinhisar qanunvericiliyinə riayət olunmasına dair Dövlət Xidməti tərəfindən ciddi nəzarət tədbirləri davam etdirilir. İstehlakçılar və sahibkarlar un və çörək bazarında qiymət manipulasiyası halları ilə rastlaşdıqda, həmçinin əlaqəli məlumat almaq məqsədi ilə Dövlət Xidmətinə müraciət edə bilərlər:

əlaqə telefonu: (+99412)-599-76-00;

email ünvanı: office@competition.gov.az.