ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ
Keyfiyyət infrastrukturu sahəsində dövlət-özəl tərəfdaşlığı genişlənir

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb.

Memorandumda tərəflər arasında texniki tənzimləmə, standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi, metrologiya, akkreditasiya və ümumilikdə keyfiyyət infrastrukturu sahəsində işlərin təşkili və təkmilləşdirilməsi sahəsində əməkdaşlıq nəzərdə tutulur. Sənəddə həmçinin, əməkdaşlıq çərçivəsində araşdırma və tədqiqatlar yolu ilə yeni texniki normativ sənədlərin işlənib hazırlanması, onların beynəlxalq standartlara və yerli tələbata uyğunlaşdırılması məsələləri də əksini tapıb. Keyfiyyət infrastrukturu sahəsinə marağın və məsuliyyətin artırılması məqsədilə keyfiyyət üzrə “Milli Mükafat”ın təsis edilməsi və qabaqcıl müəssisələrin mükafatlandırılması da sənəddə qeyd olunub.